Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı - FOTO

18:08 - 21 İyun 2025

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov vəzifəsindən ayrılıb.


Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, Qədir Xəlilov özü bu haqda məlumat verib:

"Gənclər Fondunda 6 il davam edən yolumun sonuna çatdım. Artıq özümü başqa sahədə sınamağın vaxtıdır. Gənclər Fondunda fəaliyyətim ərzində əldə etdiyim dostlar bu 6 ilin mənə qazandırdığı ən vacib dəyərlərdir.

Ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti davamlı olaraq bəhrəsini verməkdədir və inanıram ki, gənclərimiz hər zaman olduğu kimi gələcəkdə də Vətənimizin inkişafında və daha da qüdrətlənməsində aparıcı rolu oynayacaqlar. 
Fəxr edirəm ki, bu prosesdə fəaliyyətinə rəhbərlik etdiyim Gənclər Fondu da öz mühüm töhfəsini vermişdir. Gənclər siyasətinin aparıcı qüvvəsi olan Gənclər Fondunda xidmət etmək böyük şərəf idi! 

Bu yolda bizlərdən dəstəyini heç zaman əsirgəməyən ölkə rəhbərliyinə, Gənclər Fondunun Müşahidə Şurasının rəhbəri və üzvlərinə, tərəfdaşlarımıza və nəhayət, öz təşəbbüskarlığı və yaradıcılığı ilə seçilən gənclərimizə dərin təşəkkürümü bildirirəm”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az