Milli Məclisin deputatı Sahib Alıyevin atası vəfat edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim Sahib Alıyev ailə itkisi ilə üzləşib. Deputatın atası dünyasını dəyişib.
Məlumatı deputatın yaxın çevrəsi təsdiqləyib.
Dəfn və vida mərasimi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.
Qeyd edək ki, Sahib Alıyev 2010-cu ildən etibarən Milli Məclisin deputatıdır. O, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Sahib Aliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!