Məşhur olimpiada saxta çıxdı - Video

23:39 - 22 İyun 2025

Məşhur olimpiada saxta çıxdı - Video

Məktəblilər arasında Dubayda keçirilən FİSO olimpiadasının beynəlxalq sertifikatlı olmadığı məlum olub.


Manset.az xəbər verir ki, bu iddia ilə riyaziyyatçı alim, valideyn Vəfa Məmmədova çıxış edib.

Valideyn deyir ki, övladı əvvəlcə Azərbaycanda keçirilən FİSO adlı olimpiadada gümüş medal qazanıb. Daha sonra onlara Dubayda keçiriləcək eyniadlı beynəlxalq riyaziyyat olimpiadasına qoşulmaq təklif olunub. Valideyn yarışmaya qatılmaq üçün “Qlobal Oplimpiad Center” adlı təhsil mərkəzinə 5000 manat məbləğində vəsait ödəyib.

Lakin sonra başqa məqamlar üzə çıxıb.

Onun sözlərinə görə, həmin olimpiadaya Azərbaycandan təxminən 200-ə yaxın şagird və onların valideynləri qatılıb.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az