Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BDLU-nun Konfrans zalında 19.06.2025 tarixində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ikinci tədbirini reallaşdırıb.
Manset.az xəbər verir ki, forumdan öncə BDLU-nun fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib. Forumu giriş sözü ilə BDLU-nun spikeri açaraq Forum iştirakçılarını salamladı. Sonra hər iki ölkənin dövlət himni səsləndirildi. Daha sonra BDLU-nun prorektoru Elena İqnatoviç çıxış edərək Forumun hər iki ölkə gəncləri üçün əhəmiyyətli olduğunu dedi.
Sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun gənclərarası dialoqa, əməkdaşlığa təkan verəcəyini dedi: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırdığımız Forum beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Belarus Respublikası hər zaman mühüm platformalarda Azərbaycanı dəstəkləyib. Ölkələrimizin liderləri arasında olduqca sıx dostluq, qardaşlıq münasibıtləri var. Belarus, eyni zamanda, bizim strateji müttəfiqimizdir. Bu mənada gənclərarası münasibətlərin inkişaşı ortaq gələcətimiz üçün çox önəmlidir. Bu yeni bir platforma, yeni bir başlanğıcdır".
Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyin 3-cü katibi Müstəcəb Tağıyev çıxışında ölkələrimiz arasında olan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini dedi.
Sonra Azərbaycan tərəfdən çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı, Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli, MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün yeni imkanlar açdığını dedilər.
Daha sonra Belarus Respublikası tərəfdən "Minsk Dövlət Linqvistik Universiteti” Təhsil Müəssisəsinin ingilis dili fakültəsinin ideoloji-tərbiyə işləri üzrə dekan müavini Olqa Leonidovna Qutko, 4-cü kurs tələbələri Yelizaveta İvanovna Saxaşçik, Anna Aleksandrovna Topçilko, Veronika Aleksandrovna Anastasia, Veronika Anastako Anastasiaç, Andresta Maksimovna İqorevna Savenko çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.
Daha sonra Forumda iştirak edən gənclərin sualları cavablandırıldı. Forumda nümayiş edilən bədii kompozisiyalar, vizual təqdimatlar tədbirə xüsusi rəng qatdı.
Sonda Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edildi.