AYNA tərəfindən daha 3 ünvanda mindirib-düşürmə yeri yaradılıb.
Manset.az xəbər verir ki, bunlar Rəşid Behbudov küçəsi (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili küçələrinin kəsişməsi və 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsidir.
Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli və təhlükəsizlik, manevretmə qaydalarına əməl edilməlidir.