Bakıda restoranda dava - Aşpaz müştərini döydü

16:07 - 24 İyun 2025

Bakıda restoranda dava - Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restoranlardan birində baş verib.

Əli tanış olduğu qadınla müştəri qismində restorana gəlib və orada yeyib-içiblər. Bir müddətdən sonra Əli ilə həmin xanım arasında mübahisə yaranıb.

Mübahisəni görən restoranın aşpazı Əhmədəli Əliyev (soyad şərtidir) söhbətə müdaxilə edərək Əlini vurub. Mübahisə qızışıb və nəticədə restoranın icarədarı və digər şəxslər birləşərək Əlini döyüb, ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ə.Əliyev xuliqanlıqda təqsirləndirilib, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və elektron nəzarət qolbağı tətbiq olunub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az