Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı
keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in
Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı
direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri
Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin
ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb.
Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin
əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında
Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində
Mingəçevir şəhərində yerləşən elektrik stansiyasının istehsal gücünün
artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə kredit
ayrılıb. Ayrılan vəsait hesabına Çin və İtaliyanın qabaqcıl şirkətlərindən yüksək
texnologiyalı buxar generatorları və qaz turbinləri alınıb.
Həyata keçirilən bu modernizasiya təşəbbüsü yalnız
enerji səmərəliliyinin artırılması deyil həmçinin ətraf mühitin mühafizəsi,
karbon emissiyalarının azaldılması və regionun enerji təhlükəsizliyinin təmin
olunması baxımından strateji əhəmiyyət daşıyır. Bununla da ölkəmizin Paris
Konvensiyası üzrə götürdüyü 2,1 milyondan çox karbon emissiyalarının
azaldılması və digər beynəlxalq öhdəliklərə ciddi töhfə veriləcəkdir.
Qeyd edək ki, Kapital Bank regionların
sosial-iqtisadi inkişafına uzunmüddətli və sistemli şəkildə töhfə verir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal
iştirak edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün — https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.