"Kupça"sız mənzillərlə bağlı vacib xəbər - VİDEO

13:54 - 27 İyun 2025

\"Kupça\"sız mənzillərlə bağlı vacib xəbər - VİDEO

Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.

Sığorta mütəxəssisləri bildirirlər ki, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri sığorta üçün müraciət edirlər. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.

Eskpert, həmçinin onu da bildirib ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbari qaydada sığortalamaq mümkün deyil. Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.

Ətraflı sujetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az