Bu suallar sertifikasiyada istifadə edilməyib - RƏSMİ CAVAB

17:22 - 27 İyun 2025

Bu suallar sertifikasiyada istifadə edilməyib - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə və mətbuatda müəllimlərin sertifikasiya imtahanı zamanı yanlış suallardan istifadə edilməsi, imtahan zamanı qanunsuzluqlara yol verdildiyi barədə iddialar yayılıb. Təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında iddia edib ki, imtahan zalları əvvəlcədən rezerv olunmuş yerlərlə doldurulub, konkret adamlara yer saxlanılıb, digərlərinə isə orada oturmağa icazə verilmir.


Manset.az xəbər verir ki, məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) münasibət bildirib.

Qurumun İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər - “fake news” kampaniyası başlayıb.

"Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır. İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib.  Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur", - açıqlamada bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az