Bu dəqiqələrdə Əməkdar artist Dilarə Əliyevanın beyninə qan sızdığına görə əməliyyat edilən qardaşı aktyor Vüsal Murtuzəliyev xəstəxanadan evə buraxılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, həkimlərin məsləhəti ilə müalicəsini ev şəraitində davam etdirəcək.
Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızması və əməliyyat olunması ilə bağlı ilk məlumatı Manşet.az saytı yayımlayıb.