Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli danışdı - VİDEO

20:43 - 28 İyun 2025

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli danışdı - VİDEO

“Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda mühakiməsiz işgəncə altında həyatlarına son qoyublar”.


Manset.az İTV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterenburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

“Rusiyanın dırnaqarası hüquq-mühafizə orqanları evlərindən vəhşicəsinə, döyə-döyə gecənin bir aləmi aparıblar. Onlarla başqa soydaşlarımızı da aparıblar. Təəssüf ki, dünən axşamdan etibarən orada öldürülənlərin xəbərləri gəlir. Ağır vəziyyətə salınmış, elektrik cərəyanına məruz qalmış azərbaycanlılara dövlətimizin müdaxiləsindən sonra tibbi xidmət göstərilib”, - deyə S. Hüseynli bildirib.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az