Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini
gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata
keçirdiyi “PO Growth” inkişaf proqramı
uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və
ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi
və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli
şəkildə öyrənmək imkanı əldə ediblər.
Proqrama 493
nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak
hüququ qazanıb. Dörd ay davam
edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar.
Təlimlər yalnız nəzəri deyil, həm də praktiki
nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə
iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.
Proqramın fərqləndirici cəhətlərindən biri də ondan
ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər
üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və
müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb.
Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar
da proqram çərçivəsində inkişaf etdirilib.
Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan
təcrübəli rəhbər heyət üzvləri, məhsul
sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən
keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına
əhatəli cavab almaq fürsəti yaradıb.
Qeyd edək ki, Kapital Bank ölkəmizdə çevik idarəetmə metodologiyasını (“Agile”)
tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən etibarən bu
yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul
komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil
edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların
sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.