Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Lotereyanın
superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin
çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm.
Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank
Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni
qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu.
Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm”.
“Kontakt
Home”dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə
çox təəccübləndiyini və sevindiyini bildirib: “Çox sevincliyəm. Məncə bu cür
aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən
istifadəyə də əlavə maraq yaradır”.
“iPhone
16 Pro” qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt
düşünmədiyini qeyd edib: “Birbank tətbiqindən adi qaydada, demək olar ki hər
gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir
müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə
lotereyaları tez-tez edin ki, hamı faydalansın”.
Qeyd
edək ki, Bahar lotereyasında 45 nəfər “Bravo” marketdən 50 AZN-lik kupon, 25 nəfər
“Kontakt Home”dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan
500 AZN-lik ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər “Apple
Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın superprizi
olan “Toyota Corolla” avtomobilinə sahib olub. Lotereyanın şərtlərinə əsasən Birbank tətbiqindən və ya birbank.az,
kapitalbank.az saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya
istənilən Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Birmarket-dən
(Red: Umico 1 iyul 2025-c il tarixindən etibarən fəaliyyətini Birmarket olaraq
davam etdirir) kredit əldə edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı
və istənilən Birbank taksit kartı ilə Birmarket.az-dan alış-veriş edən minlərlə
müştəri iştirak şansı qazanırdı.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121
filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.