Bakıda bu binaların söküntüsünə başlanılır

12:39 - 05 İyul 2025

Bakıda bu binaların söküntüsünə başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakıda istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri ilə bağlı müqavilələr bağlayıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri Binəqədi, Xətai, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək.

Məlumata görə, Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında, Sabunçu rayonunun Babək küçəsi, ev 23, Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 ünvanı, Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında və Suraxanı rayonunun isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Layihə İnstitutu - “Azərdövlətlayihə” və “Archico Project” ilə müqavilələr bağlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az