Mingəçevirdə 2 gün əvvəl avtobus vuran qadın xəstəxanada ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 3-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Belə ki, Oğuz və Mingəçevir marşrut xətti üzrə hərəkət edən avtobus 1972-ci il təvəllüdlü Hacıyev Mətanət Həsənağa qızını vurub.
Yaralı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, M.Hacıyeva təmizlik idarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.