Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?

21:39 - 06 İyul 2025

Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.


Manset.az xəbər verir ki, II ixtisas qrupu üzrə imtahanda 18 013, III ixtisas qrupu üzrə imtahanda isə 23 470 nəfər olmaqla, ümumilikdə 41 483 abituriyentin iştirakı nəzərdə tutulub. Iyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az