Qəbələ rayonunun Mirzəbəyli kəndinin qaz təchizatında fasilə yaranacaq.
Manset.az xəbər verir ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin ərazisində Mirzəbəyli kəndində ölçü qovşağının quraşdırılması məqsədi ilə 09.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək cəmi 656 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
***
15:43
9 iyul tarixində Sabirabadın altı kəndində qaz təchizatı dayandırılacaq.
Manset.az xəbər verir ki, diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli "Azadkənd-Salmanlı" və "Azadkənd-Cəngən" yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 09.07.2025-ci il saat 10-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
***
13:40
Sabah Balakən rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində 160 mm və 225 mm-lik yeraltı ortatəzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində 325 mm-lik ortatəzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 09.07.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan ortatəzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla, Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali abonenti və 258 qeyri-əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.