Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin atası Gürcüstanda vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə iqtisadçının özü sosial şəbəkədə bildirib.
"Yüzlərlə dəstək zənglərinizə, mesajlarınıza görə çox sağ olun. Atam doğulduğu torpaqda, yurdunda rahatlıq tapmaq istəyirdi, Yaradan istəyini yerinə yetirdi. Allah cəmi yaxınlarımıza rəhmət etsin! Amin! Soruşan, dəstək olan çoxdur, təşəkkür edirəm, 40 mərasimi 16 avqustda, Bakıda olacaq. Yer və saatı bildiriləcək. Allah hamınızdan razı olsun!", deyə Natiq Cəfərli qeyd edib.