Anar Bağırovun sədrliyi ilə BDU-da  növbəti müdafiə mərhələsi - FOTOLAR

16:09 - 09 İyul 2025

Anar Bağırovun sədrliyi ilə BDU-da  növbəti müdafiə mərhələsi - FOTOLAR

9 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ”, "Turizm hüququ" ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.


Manset.az xəbər verir ki, müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırovun sədrliyi ilə baş tutub.

Hüquq elmi sahəsində tanınmış alimlərin iştirakı ilə keçirilən müdafiə zamanı 5 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib. Dissertasiya işlərinin müdafiəsi yüksək qiymətləndirilib və müdafiə mərhələsi müvəffəqiyyətlə başa çatıb.

Qeyd edək ki, VK sədri, h.ü.f.d Anar Bağırov həm BDU, həm də Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültəsi üzrə Magistr Dissertasiya Şuralarına rəhbərlik edir. 

Onu da bildirək ki, Kollegiya ilə ölkənin hüquq fakültələri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ali təhsil müəssisələri ilə birgə elmi-praktik tədbirlər, seminarlar, təcrübə proqramları və digər birgə təşəbbüslər mütəmadi şəkildə həyata keçirilir. Bu çərçivədə tələbələrin Vəkil bürolarında istehsalat təcrübəsi keçməsinə də xüsusi önəm verilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az