Telli Pənahqızı bu kanalın rəhbəri təyin olundu - Özündən açıqlama

14:35 - 10 İyul 2025

Telli Pənahqızı bu kanalın rəhbəri təyin olundu - Özündən açıqlama

Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

Manset.az-ın əldə etdiyi məlumata görə, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi, “Dostluq” ordenli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, Teleradio Akademiyasının rektoru, şairə və publisist Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.

Bu barədə məlumatı Telli Pənahqızı Manset.az-a açıqlama verərək təsdiq edib.

Qeyd edək ki, Qərbi Azərbaycan Tv-nin rəhbəri tanınmış jurnalist və siyasi şərhçi Ülviyyə Zülfiqar öz istəyi ilə tutduğu vəzifəsindən istefa vermişdir. Bundan sonra Qərbi Azərbaycan Tv-yə rəhbər təyinatı ilə bağlı bir neçə tanınmış jurnalistlərin adı hallanırdı. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az