Yevlaxda yeraltı piyada keçidinin inşası davam edir - VİDEO/FOTO

16:47 - 11 İyul 2025

Yevlaxda yeraltı piyada keçidinin inşası davam edir - VİDEO/FOTO

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi davam etdirilir.


Manset.az xəbər verir ki, keçidin eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Ümumi uzunluğu 47 metr olan keçidin 37 metrlik hissəsi qapalı şəkildə layihələndirilib.

Sözügedən keçidin inşası, vətəndaşların avtomobil yolunu daha rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən tərtib edilmiş iş qrafikinə əsasən həyata keçirilir.

İşlərin vaxtında və keyfiyyətlə tamamlanması məqsədilə əraziyə zəruri sayda texnika və canlı qüvvə cəlb olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az