Masallıda yanğın su kəmərini zədələdi - FOTO

20:21 - 11 İyul 2025

Masallıda yanğın su kəmərini zədələdi - FOTO

Masallı rayonunda yerləşən Viləşçay su anbarından Cəlilabad rayonuna çəkilən magistral su kəmərində qəza baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Güllütəpə kəndi ərazisində qeydə alınıb.

Hadisəyə səbəb kimi su kəmərinin keçdiyi ərazidəki taxıl zəmisinin yandırılması göstərilir. Hadisə nəticəsində plastik boru xətti sıradan çıxıb.

Ərazidə hazırda təmir işlərinə başlamaq üçün müvafiq qurumlar tərəfindən tədbirlər aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az