“Sumqayıt Hospital”ın lor həkimi Elçin Bayramov barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Manset.az Konkret.az-a istinadən xəbər verir ki, həkimin qonşusuna təzyiq göstərməsi və onun əmlakına zərər vurması ilə bağlı polisə şikayət edilib. Hadisənin Quba rayonunun Xucbala kəndində baş verdiyi bildirilir.
Məsələyə hüquqi qiymət verilməsi üçün araşdırmalara start verilib.
Qeyd edək ki, mediada yayılan ilkin məlumatlara əsasən, zərərçəkmiş şəxs həkimin onun mülkiyyətinə qəsd etdiyini və müxtəlif yollarla psixoloji təzyiqlər göstərdiyini iddia edir.