Oğul 85 yaşlı anasını döyüb öldürdü - Azərbaycanda DƏHŞƏT

13:16 - 14 İyul 2025

Oğul 85 yaşlı anasını döyüb öldürdü - Azərbaycanda DƏHŞƏT

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 85 yaşlı Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, yaşlı qadını oğlu - 53 yaşlı Zeynalov Ağamirzə İltimas oğlu döyüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanlarında dindirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az