İşğaldan azad edilən Laçın rayonu ərazisində yanğın başlayıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, yanğın rayonun Bəylik kəndi istiqamətində qeydə alınıb.
Qeyd olunur ki, yanğın meşə sahəsinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb ediliblər.