Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təvəllüdlü qadının vəziyyəti açıqlanıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, hadisə iyulun 16-da saat 13:30 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub:
"Zərərçəkmiş əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.