Azərbaycanda bu məşhur bazarın adı dəyişdirildi

18:21 - 17 İyul 2025

Azərbaycanda bu məşhur bazarın adı dəyişdirildi

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb. 

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az