Azərbaycana ən çox bu ölkələrdən turist gəldi

16:58 - 19 İyul 2025

Azərbaycana ən çox bu ölkələrdən turist gəldi

Bu ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.


Manset.az Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 28 571 (il ərzində 17 % çox), İsraildən - 20 088 (+149 %), BƏƏ-dən - 19 588 (+18 %), Küveytdən - 10 149 (-17 %), Omandan - 6 916 (-10 %), Misirdən - 2 984 (+11 %), İordaniyadan - 2 334 (+44 %), İraqdan - 1 739 (-32 %), Bəhreyndən - 1 551 (-22 %), Yəməndən - 1 143 (+10 %), Qətərdən - 996 (-14 %), Livandan - 566 (+15 %), Fələstindən - 350 (ötən il turist gəlməyib) və Suriyadan - 164 (-5 %) olub.

Qeyd edək ki, cari ilin hesabat dövründə Azərbaycanı 979 951 xarici vətəndaş ziyarət edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 14,77 % artaraq 266 326 nəfərə çatıb: Səudiyyə Ərəbistanından - 98 113 (il ərzində 21,6 % çox), Birləşmiş Ərəb Əmirliklərindən - 46 706 (+2,07 %), İsraildən - 28 955 (-0,47 %), İraqdan - 5 319 (+125,19 %), Küveytdən - 31 373 (+5,65 %), Omandan - 24 140 (+41,62 %), Qətərdən - 3 369 (-5,15 %), Bəhreyndən - 5 917 (+0,1 %), Misirdən - 8 650 (+17,16 %), İordaniyadan - 7 149 (+39,74 %), Yəməndən - 3 461 (+21,01 %), Livandan - 1 482 (+47,9 %), Suriyadan - 402 (-16,42 %).

Ümumilikdə 2017-2024-cü illər ərzində Yaxın Şərq ölkələrindən Azərbaycanı 1 milyon 824 min 259 nəfər ziyarət edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az