Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.
Bu barədə Manset.az AYNA-ya istinadən xəbər verir.
Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Məlumata görə, ictimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.