Nazir dostunu sədr müavini təyin etdi

15:52 - 21 İyul 2025

Nazir dostunu sədr müavini təyin etdi

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin olunub. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Zeynalov Taleh Tarix oğlu Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin olunub. 

Qeyd edək ki, 2023-cü ilə kimi "Grand-Agro Invitro" MMC-nin direktoru olmuş Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun yaxın dostudur. Məcnun Məmmədov "Agro Food Investments" MMC-nin rəhbərliyində çalışıb. "Grand-Agro" və "Grand-Agro Invitro" MMC-lər adıçəkilən şirkətin kurasyasındadır. 
Taleh Zeynalov 2017-2018-ci ildə "PMD Group" MMC-nin, "Agro Food Investments" MMC və 2023-cü ildə isə "Grand-Agro Invitro" MMC-nin rəhbərliyində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az