İsrail Yəmənin Əl-Hüdeydə limanına hava hücumu etdi

12:59 - 21 İyul 2025

İsrail Yəmənin Əl-Hüdeydə limanına hava hücumu etdi

İsrail ordusunun Yəmənin qərbində yerləşən Əl-Hüdeydə limanına hava hücumu təşkil etdiyi bildirilir.


Manset.az xəbər verir ki, bu barədə İsrail ordusundan verilən yazılı açıqlamada, hücumun hədəfinin Yəmənin Əl-Hüdeydə limanında yerləşən və İranın dəstəklədiyi Husi qruplaşmasına aid mövqelər olduğu qeyd edilib.

Açıqlamada, hücumların husilərin İsrailə qarşı raket və pilotsuz təyyarə atəşinə cavab olaraq həyata keçirildiyi bildirilib.

İsrailin müdafiə naziri Yisrael Katz isə, husilərin İsrailə qarşı atdıqları raket hücumlarına cavab olaraq, Yəmənin "ağır bədəl ödəyəcəyini" vurğulayıb. Katz, Yəmənin taleyinin Tehranın taleyi ilə paralel olacağını qeyd edib.

Qeyd edək ki, Husilər hələlik Əl-Hüdeydə limanına edilən hücumla bağlı hər hansı bir açıqlama verməyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az