ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda ikimərtəbəli yaşayış evində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Yaralananlardan 3-ü yanğınsöndürəndir.
Nyu-York Yanğınsöndürmə İdarəsinin yaydığı açıqlamada bildirilib ki, yanğın gecə saatlarında Bruklinin Sanset-Park məhəlləsində yerləşən ikimərtəbəli evdə baş verib.
Yanğının söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Üç saat davam edən müdaxilədən sonra alovun qarşısı alınıb.
Yanğının başvermə səbəbi araşdırılır.