logo
logo logo
logo

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

16:00 - 05 Noyabr 2026

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib.


Manset.az xəbər verir ki, təbrikdə deyilir:

"Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az