Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha üç ünvanda minib-düşmə yerləri yaradılıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.