Bu ərazilərdə qaz kəsiləcək

19:17 - 21 İyul 2025

Bu ərazilərdə qaz kəsiləcək

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində kəndləri təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə 23.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Oxud və Kiş kəndlərində cəmi 2 422 əhali abonentinin və 5 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


***

18:08

Sabah Qəbələ şəhərinin bir hissəsində qaz olmayacaq.


"Azəriqaz" İstehsalat Birliyindən Manset.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin Qəbələ rayonu Z.Əliyeva küçəsində şəhərin bir hissəsini təbii qazla təmin edən d-108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin üzərindəki d-100 mm-lik siyirtmənin girişində aşkarlanmış qaz sızmasının ləğv edilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhəri Nəsimi, S.Vurğun, Natəvan, Gənclər, A.Səhhət, Yeni qəsəbə, C.Yusifov, A.Cəlilov, Şəhriyar, F.Rəhimov, A.Bakıxanov, Z.Əliyeva, H.Əliyev, H.Aslanov küçələrində cəmi 1 961 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.


***

17:23

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq. 


Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar iyulun 22-si saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az