Muxtar respublikada hazırkı
dövrədək 151 hektardan çox sahədə məhsul yığımı başa çatdırılıb və 2 500 tondan
artıq kartof anbarlara daşınıb. Ümumilikdə isə cari təsərrüfat ilində 805
hektardan çox sahədə kartof əkini həyata keçirilib.
Tərəvəzçilikdə xüsusi paya
malik olan Şərur rayonu əvvəlki illərdə olduğu kimi, bu il də əsas istehsal
bölgələrindən biridir. Rayonda 589 hektar sahədə kartof becərilib və hazırda
hər hektardan orta hesabla 50-55 ton məhsul götürülür ki, bu da yüksək məhsuldarlıq
göstəricisidir.
Qeyd edək ki, ötən mövsüm
Şərurda 700 hektara yaxın sahədə kartof əkilmiş və 20 min ton məhsul
yığılmışdı. Cari mövsümdə məhsuldarlığın artması ilə ümumi məhsul həcminin
yüksəlməsi gözlənilir.
Hazırda muxtar respublikanın
digər bölgələrində də yığım prosesi davam edir.