İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir.
Proqramın
əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini
artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv
iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə
dəstək göstərməkdir.
İyulun
20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbi London Universitet
Kollecində təşkil olunub. Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq
intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi
abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
“Bakcell”
bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət
(KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən
dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş
sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə
birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə
sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq
"NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma
Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.