Rəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi

13:55 - 29 İyul 2025

Rəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

E.Əliyev F.Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətə cəlb olunmasını istəyib.

Xatırladaq ki, Elvin Əliyev həbsdə olunan məşhur meyxanaçı Rəşad Dağlının məhkəmə prosesində vəkil olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az