Günlərdir öldüyü deyilirdi, bu gün vəfat etdi - FOTO

21:27 - 30 İyul 2025

Günlərdir öldüyü deyilirdi, bu gün vəfat etdi - FOTO

Bir neçə gün əvvəl Gəncədə “DNK Hospital”a müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları bildirib.

Onların sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə “DNK Hospital” klinikasının qarşısında həkimlərə etiraz etmişdilər.

Onlar bildirmişdilər ki, Ayaz vəfat edib, lakin həkimlər onun meyitini məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar.

Xəstəxana rəsmiləri isə bu iddiaları təkzib etmişdi.

Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli olub və iki övladı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az