Baş Prokurorluğun keçmiş əməkdaşı vəfat edib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Nazim Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.