Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan Əhmədov koronavirusdan vəfat edib.
Manşet.az xəbər verir ki, bu barədə sözügedən ali məktəbin rekrotu Elmar Qasımov "Facebook" hesabında məlumat yayıb.
"BANM ailəsinə ağır itki üzv verib. Sevimli müəllimimiz, gözəl insan, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan müəllim Əhmədovu 56 yaşında bəşəriyyətin bəlası olan koronadan itirdik".