logo
logo logo
logo

Komandamız Avropa Universitet Oyunlarının 1/4 finalında

16:00 - 22 İyul 2026

Komandamız Avropa Universitet Oyunlarının 1/4 finalında

15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında ölkəmizi Azərbaycan İdman Akademiyasının futbol komandası təmsil edir.

 

Komandamız qrup mərhələsində Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edərək yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az