logo
logo logo
logo

"Rusiya siyasi güzəştə getməyəcək" - Lavrov

21:32 - 20 Oktyabr 2026

\"Rusiya siyasi güzəştə getməyəcək\" - Lavrov

“Rusiya Uitkoff və Kuşnerin təkliflərini dinləyəcək, lakin siyasi güzəştə getməyəcək”.


Manset.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    O, Rusiyanın yalnız özünə güvənməli olduğunu bildirib.

    Lavrov onu da vurğulayıb ki, Rusiya Vaşinqtondan heç bir möcüzə gözləmir.

    "ABŞ ən yaxşı halda rəqib olaraq qalacaq", - XİN rəhbəri deyib.

    Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya səfəri gözlənilir. Uitkoffun Norveçdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, daha sonra Rusiyaya səfər edəcəyi bildirilib. Kuşnerin xəstəlik səbəbindən Zelenski ilə görüşə onlayn qatılacağı barədə məlumat yayılıb. “The Nyu-York Times” qəzeti isə Uitkoff və Kuşnerin Putinlə görüşmək üçün Sankt-Peterburqa səfər edəcəyini yazıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az