İran Xarici İşlər Nazirliyi davam edən etirazlar və təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına Fransa, Belçika və İtaliyaya səfər etməmələri barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yazılı açıqlamasında zəruri hallar istisna olmaqla, ictimai asayişin pozulması və təhlükəsizlik riskləri səbəbindən bu ölkələrə səfərlərdən çəkinmək tövsiyə olunub.
Avropanın bir sıra ölkələrində yaşayış xərclərinin artması, mənzil böhranı və təhsil sistemindəki problemlərlə bağlı etiraz aksiyaları keçirilir.