logo
logo logo
logo

“Utandırdınız bizi, bunu çoxdan etməli idik...” - VİDEO

23:14 - 19 Oktyabr 2026

“Utandırdınız bizi, bunu çoxdan etməli idik...” - VİDEO

Xalq artisti Fəxrəddin Manafov “44” bədii filmi barədə danışıb.


Manset.az İctimai TV-yə istinadən xəbər verir ki, o, “44” filmini Azərbaycan kino camiəsində böyük hadisə kimi qiymətləndirib.

“Azərbaycan kinosunda çoxdan belə şeyə rast gəlməmişdim. 44 günü mən yenidən, günbəgün yaşadım. O 44 gündə gecələr yatmırdım. Gözləyirdim ki, Ali Baş Komandanımız yenə yumruğunu qaldırıb desin ki, filan yeri azad etdik, qaytardıq.

Hər anını yaşadım mən bu filmdə. Gözümdə uzağı görmək üçün eynək var idi, həmin eynək göz yaşı içində idi. Məni tərpətmək çox çətindir, bu film məni tərpətdi. Mən hətta bir cümlə işlədəcəyəm, ümid edirəm ki, həmkarlarım məndən inciməyəcək. Anar Ələkbərov və bütün heyət, utandırdınız bizi, bunu çoxdan etməli idik. Hələ də özümə gələ bilmirəm, sevincimin həddi-hüdudu yoxdur”, - deyə o əlavə edib.

Daha ətraflı videoda:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az