Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib.
Manset.az xəbər verir ki, günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.
Layihə
bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən
günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji
resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına
töhfə verəcək.
İlk
layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq
müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi
fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi
üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına
maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi
baxımından əhəmiyyət daşıyır.
Kapital
Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank
sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri
və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15
Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul
krediti və Birbank
kartı sifarişlərinizi
onlayn formada həyata keçirə bilərsiniz.