Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr muzeyinin tələbələrin etiraz aksiyası səbəbindən ziyarətçilər üçün bağlı olduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Luvr muzeyi səhər saatlarında binanın qarşısında keçirilən etiraz aksiyası ilə bağlı ABŞ-nin “X” şirkətinə məxsus sosial şəbəkə platformasında açıqlama yayıb.
Açıqlamada tələbələrin etiraz aksiyası səbəbindən muzeyin hazırda bağlı olduğu bildirilib və “Yaranmış narahatlığa görə üzr istəyirik” ifadəsi yer alıb.
Etiraz aksiyasından sosial şəbəkələrdə yayılan görüntülərdə, aralarında həmkarlar ittifaqının jiletlərini geyinən şəxslərin də olduğu aksiya iştirakçılarının muzeyin mühafizə əməkdaşlarını keçərək piramidaşəkilli əsas girişin qarşısında toplandığı görünür.