Birbank Yığım hesabı olan müştəriləri üçün “Yığ və qazan” lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyən ediləcək. Qaliblər 20 000, 10 000 AZN, 5000 AZN məbləğlərində pul mükafatları qazanacaq. Lotereyanın baş mükafatı isə 50 000 AZN təyin edilib.
Manset.az xəbər verir ki, lotereyada
həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri
iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” →
“Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri
tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
“Yığ
və qazan” lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata
keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab
açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik
artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə
şans qazandırır.
Lotereyanın ilk tirajı 25 noyabr 2026-cı il, ikinci tirajı 24 dekabr
2026-cı il, final tirajı isə 21 yanvar 2027-ci il tarixində keçiriləcək. 50 000
AZN məbləğində baş mükafat final tirajda sahibini tapacaq.
Ətraflı
məlumat üçün: http://www.b-b.az/bylp
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118
filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial
şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.