logo
logo logo
logo

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər tutuldu - VİDEO

12:00 - 19 Oktyabr 2026

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər tutuldu - VİDEO

Bakıda məktəb direktoruna məxsus avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir şəxs həbs edilib.



Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus KIA markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Fuad İbrahimovla birgə cinayət əməlində iştirak edən tanışı İlkin Novruzov da müəyyən olunaraq saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az