Paytaxtı iyrənc qoxu bürüyüb - SƏBƏB 

17:52 - 05 Avqust 2025

Paytaxtı iyrənc qoxu bürüyüb - SƏBƏB 

Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.


Manset.az AzTV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur:

"Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik".

Digər sakin isə bildirib ki, gəzintiyə çıxdıqda üfunətdən hava qəbul etmək mümkün deyil.

Mütəxəssislər isə bildiriblər ki, problemin əsas səbəbi paytaxtda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.

Ekoloq Sadiq Həsənov məsələ ilə bağlı bildirib ki, Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır:

"Xüsusilə Bakının bir çox qəsəbələrində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvi maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər".

Paytaxtda mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, tullantı su şəbəkələri qurularkən ərazinin relyefi, orada yaşayan abonentlərin sayı nəzərə alınaraq şəbəkənin layihəsi tərtib olunur:

"Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb. Lakin hazırda bir çox ərazilərdə əhali sayının və yeni tikililərin artması sistemə əlavə yük olur. Bu səbəbdən köhnə şəbəkələrdə bəzən daşmalar, qoxular və ya xəttin tıxanması kimi problemlər özünü büruzə verir. Bundan əlavə, bu gün şəbəkələrə qeyri-qanuni qoşulmalar var. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az